"Ziraat Bank Azərbaycan"ın depozit portfeli 17% kiçilib

  • 27 Aprel, 2019 10:44

"Ziraat Bank Azərbaycan" ASC 31 mart 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci rübü üzrə cəmi aktivləri 219 mln. 739 min manat olub. Bu isə 2018-ci ilin ilk rübü ilə müqayisədə 1,3% azdır.

"Ziraat Bank Azərbaycan"ın kredit portfeli 1 il ərzində 41% artaraq 112 mln. 161 min manat təşkil edib.

Sözügedən dövrə "Ziraat Bank Azərbaycan"ın depozit portfelinin həcmi 1 il ərzində 16,9% azalaraq 74 mln. 39 min manata düşüb. Bankın cəmi öhdəlikləri isə 2018-ci ilin mart göstəriciləri ilə müqayisədə 2,4% azalaraq 150 mln. 925 min manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə "Ziraat Bank Azərbaycan"ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 1,4% artaraq 78 mln. 815 min manata çatıb.

MƏNFFƏTDƏDİR.

2019-cu ilin yanvar-mart aylarında əməliyyat mənfəəti 1 mln. 910 min manat olan "Ziraat Bank Azərbaycan" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 951 min manat ayırıb. Mənfəətindən vergi verməyən bank 2019-cu ilin ilk rübünü 959 min manat xalis mənfəətlə başa vurub.