Zərdabda 2 kəndin qaz təchizatında fasilə yaranıb

  • 31 Oktyabr, 2019 14:36
Zərdabda 2 kəndin qaz təchizatında fasilə yaranıb

Zərdab rayonunun Çallı və Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində polietilen yeraltı orta təzyiqli qaz kəmərini qazıntı aparan təşkilatın texnikası ilə zədələyiblər.

Bu barədə “Finans.az”a Azərbhaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən 246 abonentin qaz təchizatında fasilə yaranıb.