Zaur Qəhrəmanov: “Almaniyanın EWE şirkətinin Türkiyədəki qazpaylama hissələrinin alınması üçün təklif vermişik”

  • 2 Oktyabr, 2018 14:58
Zaur Qəhrəmanov: “Almaniyanın EWE şirkətinin Türkiyədəki qazpaylama hissələrinin alınması üçün təklif vermişik”

“SOCAR-ın Türkiyədəki investisiya zənciri neft-kimya, neft emalı və təbii qaz sektorunda formalaşdırılıb. Bu zənciri tamamlamaq üçün Almaniyanın EWE şirkətinin Türkiyəyəki qazpaylama hissələrinin alınması üçün təklif vermişik”.

“Finans.az”ın məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəməsi -“SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

Onun sözlərinə görə, təbii qaz paylama şirkətin Türkiyədəki investisiya zəncirini tamamlayacaq sahələrdən biri olacaq: “Hissələrin alınması üçün şansımızın olduğuna inanırıq”.

O bildirib ki, EWE şirkəti illik 1 mlrd. kubmetr həcmində qazpaylama əməliyyatı həyata keçirir: “Amma bu miqdar bizim üçün kifayət deyil. “Petkim” və STAR neft emalı zavodunda təxminən 3,5-4 mlrd. kubmetrlik qaz istehlakı nəzərdə tutulub. Bu isə Türkiyənin ümumilikdə qaz istehlakının 7-8%-ni təşkil edir. Buna görə də hazırda təbii qaz paylanmasını işlərimizə inteqrasiya etmək niyyətindəyik”

Z. Qəhrəmanov vurğulayıb ki, 2019-cu ildə bu inteqarasiyanı həyata keçirməyi planlaşdırılır. O qeyd edib ki, yanacaq paylama da şirkətin şirkət almaq planları mövcuddur: “Amma bu bizim üçün əsas deyil. Satışda olan şirkətlər var. Bizim üçün 150-200 yanacaqdoldurma stansiyası olan şirkət çox kiçik gəlir. Biz 100-dən artıq yanacaqdoldurma stansiyası olan şirkət alacağıq. Amma buna vaxtımız var”.