Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

  • 5 Mart, 2021 17:21
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

Zaqatalada yaxın vaxtlarda yeni fındıq emalı fabriki istifadəyə veriləcək.

İqtisadiyyat Nazirliyindən "Finans.az"a verilən məlumata görə, hazırda müəssisədə son tamamlama işləri aparılır.

İldə 7 min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 34,3 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.


Mənbə: apa.az