“Yüksək Texnologiyalar Parkı”nda yeni təyinat olub

  • 14 Avqust, 2018 17:35
“Yüksək Texnologiyalar Parkı”nda yeni təyinat olub

Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın ümumi məsələlər üzrə direktor müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Finans.az xəbər verir ki, bu barədə “Yüksək Texnologiyalar Parkı”ndan bildiriblər.

E.Bayramov bu vəzifədə Vüqar Babayevi əvəz edib.

Qeyd edək ki, V.Babayev hazırda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar elm və informasiya məşvərət mərkəzinin baş direktor vəzifəsini tutur


Mənbə: az.trend.az