Yük avtomobili sürücülərinin nəzərinə: Bu yolla getməyin!

  • 8 Fevral, 2019 14:14
Yük avtomobili sürücülərinin nəzərinə: Bu yolla getməyin!

Bu gündən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən “Finans.az”a verilən məlumata görə, bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkəti Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

Minik avtomobillərinin həmin yoldan istfadə etmələri ilə bağlı heç bir maneəyoxdu. Lakin yük avtomobilləri alternativ olaraq Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər. Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.