"Youtube"dan müəllif hüquqları ilə bağlı - YENİ QƏRAR

  • 10 İyul, 2019 13:09

Böyük video paylaşım platforması "Youtube" müəllif hüquqları ilə bağlı yeni qərar qəbul edib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, yeni qərar videoları icazəsiz istifadə olunan "Youtube" istifadəçiləri ilə bağlıdır. Belə ki, platforma artıq video müəlliflərini yeni bir sistemlə qoruyacaq. ABŞ mərkəzli paltforma bu sistemi "Manual Content ID" adlandırıb.

Yeni sistemə əsasən, istifadəçilər müəllifi olduqları videoların digər kanallarda icazəsiz olaraq paylaşıldığını gördükdə xüsusi şəkildə şikayət qrupuna müraciət edə və videonun hansı hissəsində müəllif hüquqlarının pozulduğunu qeyd edə biləcəklər.

Bundan əlavə, bu cür problemləri aradan qaldırmaq üçün yeni vasitələrin də istifadə olunacağı açıqlanıb. Hazırki sistemlə analiz edilən videolar böyük bir audio və video fayl bazasına görə avtomatik olaraq qiymətləndirilir. Uyğunluq ortaya çıxdıqda isə müəllif hüquqlarının pozulduğu təsdiqlənir. Lakin səs parametrlərinin dəyişdirilməsi kimi bəzi aldadıcı məqamlar bu qadağadan yayınmağa imkan verir.