"YouTube" 170 milyon dollar cərimələndi

  • 5 Sentyabr, 2019 10:54

Dünyanın ən böyük video paylaşım platforması "YouTube" 170 milyon dollar cərimələnib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, cərimə ABŞ-ın Federal Ticarət Komissiyası tərəfindən uşaqların şəxsi məlumatlarının qorunması qanununun pozulması ilə bağlı edilib. Belə ki, uşaqların şəxsi məlumatları valideynlərinin icazəsi olmadan toplanıb.

İddialara əsasən "YouTube" 18 yaşdan aşağı olan şəxslərdən topladığı məlumatlar əsasında onlara videodan əvvəl reklamlar göstərir ki, bu reklamlardan da qazanılan məbləğ onun ümumi gəlirlərinin 10%-ni təşkil edir.