Aİ və Azərbaycan danışıqlar aparır - Növbəti 10 il üçün prioritetlər müəyyən edilməlidir

  • 13 İyun, 2019 11:20
Aİ və Azərbaycan danışıqlar aparır - Növbəti 10 il üçün prioritetlər müəyyən edilməlidir

"Avropa İttifaqı-Azərbaycan biznes forumunda iştirak edənlərin sayı ilk foruma nisbətən 3 dəfə artıb. Mən özüm də vaxtilə iş adamı olmuşam. Düzdür, bu ötən əsrdə olub, amma mən hələ də özümü belə hiss edirəm".

“Finans.az” xəbər verir ki, bunu Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han bu gün Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda çıxış edərkən bildirib.

Y.Han deyib ki, 2017-ci ildə keçirilən forum resessiya dövrünə təsadüf edir: "Aİ ilə Azərbaycan arasında əməkdaşlıq getdikcə inkişaf edir. Biz bu yaxınlarda ikitərəfli əməkdaşlıq sənədi imzalayacayıq. Həmçinin ötən il nəqliyyat sahəsində də əməkdaşlığa dair müzakirələrə başladıq. Artıq bizim "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlığımızın 10 ili tamam olur. Biz bundan sonrakı 10 il üçün prioritetləri müəyyən etməliyik və artıq bununla bağlı danışıqlar aparırıq".

Komissar deyib ki, bu vaxta qədər kiçik və orta sahibkarlara 207 mln avrodan çox kredit verilib.


Mənbə: report.az