Yerli quşçuluq müəssisəsi səhmdarlarına dividend ödəyəcək

  • 29 May, 2019 16:57
Yerli quşçuluq müəssisəsi səhmdarlarına dividend ödəyəcək

“İsmayıllı Quşçuluq” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 28 iyun 2019-cu il saat 11.00-da baş tutacaq.

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin 2018-ci ilin maliyyə yekunları üzrə illik balansının təsdiqi və dividendlərin verilməsi barədə;

2. Təsisçilərlə hesablaşmalar barədə;

3.Digər məsələlər.

Əlaqə telefonu - (020)-28-5-11-00. Ünvan - İsmayıllı şəhəri, M.Müşfiq küçəsi 1.