Yerli investisiyalı MMC-lərin qeydiyyatı tam elektronlaşdırılacaq

  • 18 May, 2019 13:05
Yerli investisiyalı MMC-lərin qeydiyyatı tam elektronlaşdırılacaq

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovun bildirdiyinə görə, 2019-cu ilin birinci rübündə qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərın sırasında elektron qaydada qeydiyyatdan keçənlərin xüsusi çəkisi 83,4 faizə çatıb.

"Finans.az" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, aprel ayında bu göstərici 88,5 faiz olub. Departament rəhbəri yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) qeydiyyatının tam elektronlaşdırılacağını, fiziki şəxslərin elektron qeydiyyatı prosesinə start verildyini bildirib.

Qeyd edilib ki, təsərrüfat subyektlərinin uçotunun dəqiqləşdirilməsi məqsədilə 12 istiqamətdə təhlillər aparılıb. Bu ilin ilk 4 ayında 7.811 təsərrüfat subyekti olduğu ünvan üzrə yenidən uçota alınıb.