Yerli bankın səhmdarları bir araya toplaşır: Mənfəəti bölüşdürəcəklər

  • 24 Yanvar, 2020 11:16
Yerli bankın səhmdarları bir araya toplaşır: Mənfəəti bölüşdürəcəklər

“AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq fevralın 24-də, saat 10:00-da bankın Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206 (məhəllə 466) ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “AFB Bank”ın xalis mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.