Yerli bank əməliyyatlarını zərərlə icra edib - HESABAT

  • 8 İyul, 2019 16:51
Yerli bank əməliyyatlarını zərərlə icra edib - HESABAT

"NBC Bank" ASC 30 iyun 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin ikinci rübü üzrə cəmi aktivləri 293 mln. 711 min manat olub. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur. Bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi isə 213 mln. 645 min manat olub.

ÖHDƏLİKLƏRİ 29,8% ARTIB.

Sözügedən dövrə "NBC Bank"ın depozit portfelinin həcmi 111 mln. 783 min manat təşkil edib. Bu isə ötən ilin ikinci rüb göstəriciləri ilə müqayisədə 31,1% çoxdur. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 29,8% artaraq 235 mln. 378 min manata çatıb.

Cari ilin ikinci yarısında "NBC Bank"ın cəmi kapitalı 58 mln. 332 min manat təşkil edib. Bu isə 2018-ci ilin 30 iyun tarixi ilə müqayisədə 0,5% azdır.

Əməliyyatlarını zərərlə icra edib.

Cari ilin yanvar-iyun tarixinə xalis faiz gəlirləri 1 mln. 897 min manat, xalis qeyri-faiz xərcləri 2 mln. 319 manat olub. Beləliklə bankın əməliyyat zərəri 422 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 606 min manat azaldan bank 2019-cu ilin birinci yarısını 184,8 min manat mənfəətlə başa vurub.