Yerli bank 10 milyon manata yaxın zərər açıqladı

  • 19 İyul, 2019 10:23
Yerli bank 10 milyon manata yaxın zərər açıqladı

"Muğanbank" ASC 30 iyun 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci yarısı üzrə cəmi aktivləri 587 mln. 224 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

"Muğanbank"ın kredit portfeli 1 il ərzində 2,4% azalaraq 361 mln. 493 min manat təşkil edib.

Cəmi öhdəlikləri isə 1 il ərzində 23% artaraq 517 mln. 323 min manat olub.

Qeyd edək ki, bankın Mərkəzi Bank qarşısında öhdəlikləri cari ilin ikinci rübündə 23 mln. 500 min manat olub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə "Muğanbank"ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 5,5% artaraq 69 mln. 901 min manata qalxıb.

ZƏRƏRDƏDİR.

2019-cu ilin birinci yarısında əməliyyat gəlirləri 8 mln. 245 min manat olan "Muğanbank"ın işçi heyətinin saxlanılması üzrə xərcləri 7 mln. 576 min manat, ümumi administrativ və sair əməliyyat xərcləri 4 mln. 464 min manat olub. Vergi ödəməyən bank ilin ilk yarısını 9 mln. 825 min manat xalis zərərlə başa vurub.