Yeni "iPhone"lar bu tarixdə təqdim olunacaq - RƏSMİ AÇIQLADI

  • 30 Avqust, 2019 09:33
Yeni

"Apple" şirkəti gələn ayın 10-da Kupertinoda yerləşən "Apple Park" ofisində növbəti təqdimatını keçirəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin jurnalistlərə yolladığı dəvətnamədə deyilir.

Qeyd edilir ki, 10 sentyabrdakı tədbirdə ötən ilki modellər "iPhone XR", "iPhone XS", "iPhone XS Max"ın davamı olan "iPhone 11", "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" smartfonlarının və 16 düym ekranlı "MacBook Pro" noutbukunun təqdim ediləcəyi gözlənilir.