Yeni avtomobillərin satışı 32% azalıb - Aİ-də

  • 17 Sentyabr, 2020 10:55
Yeni avtomobillərin satışı 32% azalıb - Aİ-də

Avropa İttifaqında yeni avtomobillərin satışı cari ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% azalaraq 6,124 milyon ədədə düşüb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, ən iri bazarlar arasında ən böyük azalma İspaniyada (-40,6%) qeydə alınıb. Sonrakı yerlərdə İtaliya (-38,9%), Fransa (-32,0%) və Almaniya (-28,8%) gəlir.

Qeyd edilir ki, “PSA Group”un Avropadakı satışları hesabat dövründə 38,3%, “Volkswagen Group”un - 29,8%, “Renault”un - 34,5% azalıb.