Yemək çatdırma startapı 600 milyon dollar cəlb etdi

  • 24 May, 2019 14:59
Yemək çatdırma startapı 600 milyon dollar cəlb etdi

ABŞ-ın restoranlardan yemək çatdırılması həyata keçirən “DoorDash” startapı son maliyyələşmə raundu çərçivəsində 600 milyon ABŞ dollar cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da servisin dəyəri 12,6 milyard dollara çatıb.

2014-cü ildə təsis edilən “DoorDash” yalnız ABŞ və Kanada bazarlarında çalışır. Fəaliyyəti dövrü ərzində şirkət toplam olaraq 2 milyard dollar investisiya cəlb edib.