Yanvar ayında BTC ilə 3 mln. tona yaxın neft nəql olunub

  • 19 Fevral, 2019 09:43
Yanvar ayında BTC ilə 3 mln. tona yaxın neft nəql olunub

Bu ilin yanvar ayı ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 3435,9 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, nəqletmənin 81,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2813,1 min ton neft ötürülüb.

Dövr ərzində Bakı-Tbilisi-Ceyhan kəməri ilə 432,1 min ton tranzit nefti də nəql edilib.