Yanvar ayı üzrə manatın orta məzənnəsi açıqlandı

Bu ilin yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata bərabər olub.
"Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan manatının 1 avroya nisbətən məzənnəsi 2,07 manata, 100 Türk lirəsinə - 23,00 manata, 100 Rus rubluna - 2,29 manata bərabər olub.