“Yandex” öz smartfonunda bu ilki reallaşdıra bildi

  • 5 Dekabr, 2018 14:20
“Yandex” öz smartfonunda bu ilki reallaşdıra bildi

“Yandex” internet şirkəti rəsmi olaraq öz “Yandex.Telefon” smartfonunu təqdim edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, telefonun fərqli xüsusiyyəti “Alisa” quraşdırılmış səsli köməkçisinin olmasıdır. “Yandex.Telefon” dünyada ilk smartfondur ki, səsli köməkçi ayrıca tətbiqdə yox, cihazın özündə yerləşir. Buna görə “Alisa”nı əsas ekrandan da, videopleyerdən də, oyundan da, istənilən tətbiqdən çağırmaq olar. Telefon kənarda durduğu təqdirdə belə “Alisa” cavab verəcək.

Smartfonun əməliyyat sistemi “Android”dir. O, 17 990 rubldan 6 dekabr tarixində satışa çıxarılacaq.

5,65 diaqonal ekranlı smartfon səkkiz nüvəli Snapdragon 630 prosessoru ilə təchiz olunub. Telefon 16 5 meqapikselli 2 əsas və 5 meqapikselli frontal kameraya sahibdir.