"Ripple"ın kapitallaşması “Bitcoin”i üstələyəcək - PROQNOZ

  • 9 Yanvar, 2019 13:22

Yaxın illərdə “XRP” (Ripple) rəqəmsal aktiv öz bazar dəyərinə görə dünyanın ilk kriptovalyutasını qabaqlaya biləcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Weiss Ratings” reyting agentliyinin analitikləri bildirib.

Expertlərə görə, ödəniş şəbəkələri bir qayda olaraq cəmiyyət üçün dəyər saxlama vasitələrindən daha faydalı olurlar. Buna görə də, “XRP” kimi ödəniş şəbəkəsi yaxın illərdə kapitallaşmaya görə “Bitcoin”i üstələcək.