"Xiaomi"nin bu modeli 48 MP-lik arxa kameraya sahib olacaq

  • 6 Dekabr, 2018 10:05

"Xiaomi" şirkəti telekommunikasiya sahəsində öz yenilikləri ilə seçilir.

"Xiaomi" şirkətinin prezidenti Lin Bin 48 MP-lik arxa kameraya sahib smartfonun bir hissəsinin fotosunu təqdim edib.

"Finans.az" xəbər verir ki, smartfonun hansı qiymətə satılacağı hələki məlum deyil.

Smartfonun arxa panelində “48MP Camera” yazısı var. Lin Bin smartfonun fotosunu paylaşsada, sözügedən smartfonun texniki göstəriciləri barədə məlumat verməyib . Yeni modelin hansı brend adı altında gələcəyi hələki məlum deyil.

Qeyd edək ki, yeni model telefon gələn ay təqdim olunacaq.