"Xiaomi"nin baş direktoru 1 milyardlıq mərci uduzdu

  • 20 Mart, 2019 12:59

Çinin smartfon və elektronika məhsulları istehsalçısı olan “Xiaomi” şirkətinin baş direktoru Ley Tsyun elektrik məişət texnikası istehsalçısı “Gree Electric” şirkətinin direktorlar şurasının sədri Dun Minçjuya 1 milyard yenlik (149 milyon ABŞ dolları) mərci uduzub.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, 12 dekabr 2013-cü ildə hər iki tanınmış iş adamı televiziyada “İlin iqtisadi nailiyyətli insanları” mükafatı ilə təltif olunarkən, “Xiaomi”nin başçısı 1 yuandan mərcə gəlir ki, 5 ildən sonra onun şirkəti gəlirlərin həcminə görə “Gree Electric”i keçəcək. Dun mərci qəbul edir və sonrakı illərdə bu məbləğ 1 milyarda kimi artır.

19 martda “Xiaomi”nin dərc etdiyi maliyyə hesabatına əsasən 2018-ci ilin nəticələrinə görə onun gəlirləri 174,9 milyard yuan olub. Həmin dövr üçün “Gree Electric”in gəlirləri isə 200 milyard yuan olub.

Görükən odur ki, “Xiaomi”nin başçısı mərci uduzub. İndi əsas məsələ onadadır ki, doğrudanmı Ley bu məbləği Duna ödəyəcək.