“Xiaomi Mi Mix 4”ün özəllikləri bəlli oldu

  • 16 May, 2019 11:05
“Xiaomi Mi Mix 4”ün özəllikləri bəlli oldu

Çinin “Xiaomi” şirkətini gələcək smartfonu “Mi Mix 4”ün özəllikləri açıqlanıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, cihaz Snapdragon 855 prosessoru, 120Hz yenilənmə tezlikli 2K icazəli AMOLED ekranla təchiz ediləcək. Operativ yaddaş 16Gb, daxili – 1Tb, akkumulyatorun həcmi 4500 mAs təşkil edəcək.

Qeyd olunur ki, “Mi Mix 4” 100Vt-lıq sürətli şarjı dəstəkləyən ilk smartfon olacaq.

Cihazın korpusu IP68 standartı üzrə qorunacaq. Smartfon “DxOMark”da (şəkillərin keyfiyyətini qiymətləndirən bençmark) 115 bal yığan 64 Mp-lik kamera ilə təchiz ediləcək.