“Xiaomi Mi 9”un Avropada satışına başlanılıb

  • 28 Fevral, 2019 09:51
“Xiaomi Mi 9”un Avropada satışına başlanılıb

Avropada “Xiaomi Mi 9” smartfonların satışına start verilib.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, artıq bu gündən başlayaraq İspaniya, İtaliya və Fransada bu cihazlar alıcılar üçün əlçatan olub.

Hollandiyada isə “Mi Store” olmadığından yerli riteylerlər satışları həyata keçirirlər. Məsələn, “Belsimpel” şirkəti “Xiaomi Mi 9”u 550 avroya təklif edir, lakin çatdırılma ən qısa zamandadır.

Ümumilikdə isə Avropada təklif olunan “Xiaomi Mi 9”un qiyməti 450 avrodan başlayır. Bu modellərin 6/64 GB yaddaşa malikdir. 6/128 GB yaddaşı olan modellər isə 500 avrodur.