“Xiaomi” korpusunda naqilsiz qulaqcıqlar saxlana bilən smartfon fikirləşib

  • 27 İyul, 2020 15:54
“Xiaomi” korpusunda naqilsiz qulaqcıqlar saxlana bilən smartfon fikirləşib

Çinin “Xiaomi” şirkəti korpusunda naqilsiz qulaqcıqlar saxlana bilən smartfon patentləşdirib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, söhbət klassik monobloklu cihazdan gedir. Smartfonun özəlliyi ondan ibarətdir ki, onun üst hissəsində olan iki boşluğa naqilsiz qulaqcıqlar yerləşdirmək mümkündür.

Qeyd edilir ki, qeyri adi smartfon hələlik ancaq patent sənədləşməsində mövcuddur və kommersiya bazarına çıxış vaxtı barədə heç bir məlumat yoxdur.