Xiaomi İPO-da planlaşdırılandan az vəsait cəlb etdi

  • 29 İyun, 2018 11:15
Xiaomi İPO-da planlaşdırılandan az vəsait cəlb etdi

Çinin smartfon istehsalçısı Xiaomi öz səhmlərinin ilkin açıq yerləşdirilməsin (İPO) həyata keçirib.

Finans.az tass.ru-ya istinadən xəbər verir ki, Honkonq fond birjasında reallaşan listinq nəticəsində nəzərdə tutulan 6,1 mlrd. ABŞ dolları yerinə 4,7 mlrd. dollar cəlb olunub.

Məlumata əsasən şirkət, bir ədədinin dəyəri 17 honkonq dolları olan 2,18 mlrd. səhm buraxıb. Şirkətin səhmlərinin birjadakı kotirovkalarına 9 iyuldan başlanacaq.

Xiaomi 2010-cu ildə yaradılıb və hazırda miqyasına görə Samsung, Apple və Huawei-dən sonra dünyada smartfon istehsal edən 4-cü şirkətdir.