"Xiaomi" 3 ön kameralı smartfon buraxacaq

  • 24 Aprel, 2019 11:01

Dünyanın dördüncü böyük smartfon istehsalçısı "Xiaomi" yeni patent alıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, patentə əsasən "Xiaomi"nin buraxacağı yeni smartfon modelində 3 ön kamera mövcud olacaq.

Belə ki, ön tərəfdə yerləşən kameraya böyük bucaqlı ikinci kameranın müşayət edəcəyi iddia edilir. Üçüncü kameranın isə ToF sensoru olacağı ehtimal edilir.

Qeyd edək ki, "Xiaomi"nin bu patentdən hansı modeldə istifadə edəcəyi məlum deyil. Ön tərəfdə 3 kameranın "Mi Mix 4" və ya "Mi 10" modelində olacağı düşünülür.

Xiaomi üç ön kameralı telefon