"Xəzər-Lada"nın rəhbərliyində dəyişiklik olacaq

  • 16 Mart, 2019 10:25

"Xəzər-Lada" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 24 aprel 2019-cu il saat 12:00-da Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 16 km-də "Xəzər-Lada" ASC-nin akt zalında baş tutacaq.

Yığıncağın gündəliyi:

1. İllik hesabat;

2. Dividendlərin verilməsi və mükafatlandırma;

3. Müşahidə Şurasının yeni tərkibinin seçilməsi;

4. İdarə Heyətinin yeni tərkibinin seçilməsi;

5. Təftiş komissiyasının yeni tərkibinin seçilməsi;

6. Kənar auditorun təsdiq edilməsi.