Xətai və Suraxanının suyu kəsiləcək

  • 5 Fevral, 2019 10:39
Xətai və Suraxanının suyu kəsiləcək

Bu gün Bakının iki rayonunun su ilə təchizatında problemlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən “Finans.az”a məlumat verilib.

Məlumata görə, magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.