Xarici valyuta kartlarından AZN ödədikdə nə qədər haqq tutulur? - TARİFLƏR

  • 10 Yanvar, 2019 14:30
Xarici valyuta kartlarından AZN ödədikdə nə qədər haqq tutulur? - TARİFLƏR

“Finans.az” bu dəfə Azərbaycanda fəaliyyət göstərən bankların xarici valyutalı kartlardan AZN valyutası ilə aparılan əməliyyatlar üzrə müəyyən etdikləri konvertasiya haqlarını araşdırıb.

Belə ki, konvertasiya haqqı adlandırılan bu tariflər kartın valyutasından kənar valyuta ilə mübadilə əməliyyatı aparan zaman bank tərəfindən çıxılan vəsaitdir.

Təhlil göstərir ki, ölkədə fəaliyyət göstərən banklardan yalnız 7-i konvertasiya komissiyası tutmur. Bu banklara "AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank of Baku", "Bank Respublika", "Beynəlxalq Bank", "Expressbank""VTB Bank Azərbaycan" daxildir. Belə ki, bu banklarda mübadilə Mərkəzi Bankın deyil, həmin bankların gündəlik olaraq dərc etdiyi valyuta kurslarına uyğun olaraq aparılır.

Qeyd edək ki, cədvəldə xarici valyutalı kartlarla yerli valyutada aparılan nağdlaşdırma və nağdsız əməliyyatlar üzrə tariflər yer alıb.

Daha ətraflı aşağıdakı infoqrafikada:

multivalyuta 1

Qeyd edək ki, "AccessBank"a məxsus digər xarici valyutalı debet kartlarından fərqli olaraq avro valyutalı kartlar ilə manat valyutasında ödəniş etdikdə 0,5% konvertasiya haqqı tutulur.