Xaricdən gətirilən ətin miqdarı açıqlandı

  • 15 Mart, 2019 09:41
Xaricdən gətirilən ətin miqdarı açıqlandı

Cari ilin ilk yanvar-fevral ayları ərzində Azərbaycan 12 mln. 615,31 min ABŞ dolları dəyərində 9 min 140,90 ton ət idxal edib.

Bu barədə “Finans.az” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 43,6%, həcm olaraq 56% artım qeydə alınıb.

Bu məhsulun ümumi idxaldakı payı 0,61%-dən 0,58%-ə düşüb.