“Xalq Sığorta” və “Xalq Həyat Sığorta”da kadr dəyişiklikləri olub

  • 17 May, 2019 09:43
“Xalq Sığorta” və “Xalq Həyat Sığorta”da kadr dəyişiklikləri olub

“Xalq Sığorta” ASC-nin Daxili audit xidmətinin rəhbəri Rasim Daşdəmirov vəzifəsini tərk edib.

“Finans.az” xəbər verir ki, onun yerinə “Xalq Həyat Sığorta” ASC-də eyni vəzifəni tutan Camal Rzayev təyin olunub.

“Xalq Həyat Sığorta”nın Daxili audit xidmətinə rəhbərlik isə “Xalq Sığorta”nın əməkdaşı Toğrul Abbasova həvalə edilib.


Mənbə: report.az