“Xalq Bank”ın depozit portfeli kiçilib - GÖSTƏRİCİLƏR

  • 25 Aprel, 2019 13:14
“Xalq Bank”ın depozit portfeli kiçilib - GÖSTƏRİCİLƏR

“Xalq Bank" ASC 31 mart 2019-cu il tarixinə maliyyə nəticələrini açıqlayıb.

"Finans.az" xəbər verir ki, bankın cari ilin ilk rübündə aktivlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,297 mln. manat və yaxud 0,5% azalaraq 2 mlrd. 214 mln. 354 manat olub.

"Xalq Bank"ın kredit portfeli 1 il ərzində 10,2% artaraq mart ayında 1 mlrd. 458 mln. 447 min manata çatıb.

DEPOZİT PORTFELİ AZALIB.

Bankın depozit portfeli 1 mlrd. 440 mln. 815 min manat olub ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 50 mln. manat və ya 3,3% azdır. "Xalq Bank"ın cəmi öhdəlikləri isə 1,4% azalaraq 1 mlrd. 931 mln. 529 min manat olub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə "Xalq Bank"ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 6% artaraq 282 mln. 825 min manat olub. Qeyd edək ki, bankın nizamnamə kapitalı isə 264 mln. 25 min manat həcmindədir.

MƏNFƏƏTDƏDİR.

2019-cu ilin yanvar-mart aylarında bankın xalis faiz gəlirləri 18 mln. 575 min manat, xalis qeyri-faiz xərcləri isə 8 mln. 666 min manat təşkil edib. Əməliyyat mənfəəti 9 mln. 910 min manat olan bank ehtiyatlara 1 mln. 58 min manat ayırıb və mənfəətindən 1 mln. 751 min manat vergi ödəyib. Beləliklə, "Xalq Bank" 2019-cu ilin ilk rübünü 7 mln. 199 min xalis mənfəətlə başa vurub.