WTI markalı neft 3%-dən çox ucuzlaşdı

  • 23 Avqust, 2019 16:40
WTI markalı neft 3%-dən çox ucuzlaşdı

WTI markalı neft Çinin ABŞ-dan idxal olunan mallara rüsumlar tətbiq etməsi haqda xəbərlərdən sonra 3%-dən çox ucuzlaşıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 16:26-ya olan məlumata görə 2019-cu ilin oktyabr ayında çatdırılma ilə “Brent” markalı neftin fyuçers dəyəri 2,52% azalaraq bir barel üçün 58,41 dollar, WTI - 3,23% azalaraq 53,56 dollar olub.