"Windows 11"in buraxılacağı tarix açıqlanıb

  • 29 iyun, 2021 13:46

"Microsoft" korporasiyası daxili sınaq proqramının üzvləri üçün "Windows 11" əməliyyat sisteminin ilk versiyasını təqdim edib.

"Finans.az" xəbər verir ki, əməliyyat sisteminin relizi 20 oktyabrda işıq üzü görəcək.

"Microsoft Windows 11 Insider Preview build 22000.51"in "Microsoft Teams" ilə inteqrasiya və "Android" tətbiqetmələrinin çalışdırma qabiliyyəti yoxdur, lakin bütün digər yeniliklər mövcuddur.


Mənbə: apa.az