WhatsAppda yenilik - Mesajların doğruluğunu yoxlamaq mümkün olacaq

  • 5 Avqust, 2020 12:27
WhatsAppda yenilik - Mesajların doğruluğunu yoxlamaq mümkün olacaq

“WhatsApp” mesajlaşma sistemi dünyanın bir sıra regionundan olan istifadəçilər üçün yeni mühüm funksiyanı istifadəyə verib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, indi alınan mesajların doğruluğunu tez zamanda yoxlamaq mümkündür. Belə ki, mesajın yanında yaranan böyüdücüyə keçid etməklə açılan axtarış pəncərəsində onun mənbələri yoxlanıla bilər.

Qeyd edilir ki, bununla developerlər tez-tez kütləvi şəkildə “WhatsApp”da yayılan feyk xəbərlər və digər düzgün olmayan mesajlar ilə mübarizə aparırlar. Yeni funksiya hələlik ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya, İrlandiya kimi ölkələrdə aktivdir.

Xatırladaq ki, şirkətin məlumatına görə “WhatsApp” tətbiqindən dünya üzrə 1 milyarddan çox insan istifadə edir.