“WhatsApp”ın işində problem yaranıb

  • 6 İyun, 2019 14:21
“WhatsApp”ın işində problem yaranıb

“WhatsApp” mesajlaşma sisteminin dünya üzrə istifadəçiləri servisin işində problemin yarandığını bildirirlər.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" servisi deyib.

Şikayətçilərin 64%-i mesajların yollanıb alınmasında, 32% istifadəçilər bağlantıda, 3% - isə sistemə girişlə bağlı problem yaşadıqlarını bildirir.