"WhatsApp"da yeni virus aşkarlanıb - Xəbərdarlıq

  • 7 Yanvar, 2020 10:30

WhatsApp-da "Yeni il virusu" aşkar olunub.

"Finans.az" xəbər verir ki, bu barədə gizchina.com portalı yazıb.

Məlumata əsasən, cinayətkarlar bayram təbrikləri adı altında istifadəçilərə yoluxmuş veb səhifələrə linklər göndərirlər. Bu linklərə keçdikdən sonra hakerlər istifadəçinin smartfonda və ya kompüterdə saxlanan şəxsi məlumatlarına giriş əldə edirlər.

Virusun sadəliyinə baxmayaraq, təbrik mesajlarının bolluğuna görə bir çox istifadəçi diqqətsizlikdən yoluxmuş linklərə keçir.


Mənbə: az.trend.az