“WhatsApp”da yeni funksiya işə salınacaq

  • 21 Sentyabr, 2020 14:19
“WhatsApp”da yeni funksiya işə salınacaq

“WhatsApp” messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır.

“Finans.az” xəbər verir ki, bu funksiyanın yekun versiyası artıq hazırdır və yaxın zamanlarda beta-sınaqlar işə salınacaq.

Yeniliyə əsasən, “WhatsApp”da “Əlaqəli qurğular” düyməsi peyda olacaq.

Bu funksiya vasitəsilə bir hesaba 4-dək qurğu bağlana biləcək. Bir dəfə bağlandıqdan sonra digər qurğulardan hesaba smartfonun köməyi olmadan qoşulmaq mümkün olacaq. Həmin qurğularda yazışma tarixçəsini, oxunma işarəsini sinxronlaşdırmaq mümkün olacaq.


Mənbə: az.trend.az