“Whatsapp”a daha bir gərəkli funksiya gəlir

  • 13 Mart, 2019 13:55
“Whatsapp”a daha bir gərəkli funksiya gəlir

“Whatsapp” mesajlaşma sistemi yaxın vaxtlarda istifadəçilərə yeni funksiya təqdim edəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu funksiya yazışmalarınızda yollayıb və ya aldığınız şəkilləri ani şəkildə internetdə axtarmaq imkanı verəcək. Bekə ki, “Şəkil axtarışı”nı seçdikdə “Whatsapp” onu “Google” axtarış sisteminə yükləməyi təklif edəcək və nəticələri göstərmək üçün brauzeri açacaq.

Qeyd olunur ki, yeniliyin testi son mərhələdədir. Yeni funksiya istifadəçilərə feyk və dələduz məsajları daha tez müəyyən etməyə kömək edəcək.