"VTB Bank"da 240 milyon manatlıq - YIĞILMIŞ ZƏRƏR

  • 9 İyul, 2019 09:44

"Bank VTB Azərbaycan" ASC 31 dekabr 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın ötən ilin sonunda cəmi aktivləri 158 mln. 709 min manat olub. Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

"Bank VTB Azərbaycan"ın kredit portfeli 1 il ərzində 22,8% azalaraq 75 mln. 10 min manat təşkil edib.

Bankın öhdəlikləri 1 il ərzində 4,5 dəfəyə yaxın azalaraq 80 mln. 634 min manat olub.

Ötən ilin sonunda "Bank VTB Azərbaycan"ın səhmdar kapitalı 315 mln. 815 min manat, yığılmış zərəri isə 237 mln. 740 manat olub. Bununla da bankın cəmi kapitalı 78 mln. 75 min manata enib. Qeyd edək ki, 2017-ci ilin sonunda bankın yığılmış zərəri 230 mln. 493 min manat idi.

Bankın 2018-ci il üzrə əməliyyat xərcləri 15 mln. 65 min manat, illik zərəri isə 2 mln. 481 min manat olub.