“Volvo” elektromobil istehsalına keçir

  • 2 Mart, 2021 14:30
“Volvo” elektromobil istehsalına keçir

“Volvo Cars” şirkəti 2030-cu ilədək yalnız elektromobil istehsalına keçəcək.

"Finans.az" xəbər verir ki, bu barədə şirkətin açıqladığı qarşıdakı on il üçün işgüzar strategiyasında bildirilir. Belə ki, istehsalına başlayacaq yeni elektromobillər modeli müxtəlif komplekt variantlarla yalnız onlayn yolu ilə satılacaq.

Elektromobil ilə yanaşı, müştəri servis, zəmanət, yolda yardım, mümkün olduqda sığortalanma, habelə evdə doldurma opsionu kimi xidmətlər zərfilə də təmin olunacaq.

Xatırladaq ki, bundan əvvəl “GMC”, “Porsche” və “Jaguar Land Rover” kimi məşhur avtomobil istehsalçıları da qarşıdakı illərdə elektromobil və s. alternativ enerji ilə işləyən nəqliyyat vasitələri istehsalına keçmək planlarını açıqlayıblar.


Mənbə: report.az