“Volvo” avtomobilləri geri çağırdı - mühərrikdə yanma təhlükəsi var

  • 2 Oktyabr, 2019 17:05
“Volvo” avtomobilləri geri çağırdı - mühərrikdə yanma təhlükəsi var

"Volvo" şirkəti Rusiyada 4,5 minə yaxın avtomobili geri çağırıb.

"Finans.az" xəbər verir ki, qərar avtomobillərin mühərrikində qeydə alınan qüsurla əlaqədardır.

Qeyd olunur ki, mühərrikin plastmass kollektoru bəzi hallarda əriyə bilər, bu isə mühərrik bölümündə yanğına səbəb olar.

Geri çağırılma 2014-2019-cu illərdə Rusiyada satılmış XC70, XC60, S80, "V60 Cross Country", XC90 və "V90 Cross Country" modellərinə şamil olunur.