"Volkswagen"nin əfsanəvi "Böcək" avtomobili tarixə qovuşdu

  • 10 İyul, 2019 15:48

Alman avtomobil istehsalçısı "Volkswagen" dünya tarixində ən populyar modellərdən biri olan əfsanəvi "Beetle" (Böcək) modelinin buraxılışını bu gündən dayandırır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, son avtomobil 1967-ci ildən “Böcək”lərin yığıldığı Meksikanın Puebla şəhərində yerləşən zavoddakı konveyerdən çıxacaq.

Qeyd edək ki, dünya üzrə müxtəlif modellərdən olan 21,5 milyon ədəd “Böcək” modeli buraxılıb.

Müstəqil model kimi "Böcək" 1938-ci ildən buraxılıb, 1996-cı ildən sonra isə yalnız Meksikada yerləşəöm zavodda yığılıb. 2002-2003-cü ildə Meksikada "Beetle New" moderli buraxılır və bu gün onların xüsusi partiyasının yığılması başa çatacaq. Sonuncu buraxılan avtomobil isə muzeyə yola salınacaq.