“Volkswagen” elektomobillər üçün batareya istehsal edən yeni zavod tikdirir

  • 15 May, 2019 10:42
“Volkswagen” elektomobillər üçün batareya istehsal edən yeni zavod tikdirir

“Volkswagen AG” aktiv elektrikləşmə çərçivəsində Avropada akumulyator batareyaları istehsal edəcək yeni zavod tikdirmək niyyətindədir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, müşahidə şurası və idarə heyyətinin qərarına əsasən bu məqsədlə 1 milyard avroya yaxın məbləğdə investisiya təsdiq olunub. Zavodun Aşağı Saksoniya ərazisində tikilməsi nəzərdə tutulub.

Xatırladaq ki, şirkət 2025-ci iə kimi konsernə daxil olan bütün brendlər üzrə bazara 3 milyon ədəd elektrikli avtomobil çıxarmağı planlaşdırır.