“Visa” şirkəti “Ripple”ın əsas tərəfdaşını 250 milyon dollara alıb

  • 1 Yanvar, 2019 15:30
“Visa” şirkəti “Ripple”ın əsas tərəfdaşını 250 milyon dollara alıb

“Visa” korporasiyası Böyük Britaniya startapı olan “Earthport”u 250 milyon ABŞ dollarına əldə edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, korporasiya “Earthport”un səhmlərini ötən il 26 dekabrdakı ticarətin sonunda qeydə alınan dəyərindən 4 dəfə bahasına alıb.

Maliyyə və texnoiloji nəhəng olan “Visa” bu şirkətin alınmasında həddindən artıq maraqlı olub. Belə ki, cari il ərzində dünya üzrə dövriyyəsi 10% artan ölkələrarası köçürmələr biznesini inkişaf etdirmək niyyətindədir.

“Earthport” firması “Ripple” şəbəkəsi əsasında maliyyə təssisatları arasında sərhədyani sürətli köçürmələr üçün unikal həll yaradıb. Şirkətin müştəriləri arasında “Ripple”dan başqa, Bank of America, Hyperwallet, Transferwise, Payoneer və Japan Post Bank var.