"Visa"nın xalis mənfəəti 10% azalıb

  • 29 Oktyabr, 2020 10:55

"Visa Inc" şirkətinin xalis mənfəəti 2019-2020-ci maliyyə ilinin sonunda illik ifadədə 10% azalaraq 10,866 mlrd. ABŞ dolları təşkil edib.

"Finans.az"ın məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, son maliyyə ilində şirkətin hər bir adi səhmi üzrə seyrəltilmiş gəliri ötənilki 5,32 dollara qarşı 4,89 dollar təşkil edib. Gəlir isə illik ifadədə 4,9% azalaraq 21,846 mlrd. dollara bərabər olub.

Bu ilin IV rübündə "Visa"nın xalis mənfəəti 29,3% azalaraq 2,137 mlrd. dollara enib.

Səhm üzrə seyrəltilmiş qazanc ötən maliyyə ilinin eyni dövründəki 1,34 dollara qarşı 0,97 dollar olub. Gəlir isə 16,8% azalaraq 5,101 mlrd. dollara enib.

Şirkət pandemiya fonunda qlobal iqtisadiyyat üçün qeyri-müəyyən perspektivləri qeyd edir və məhz bu səbəbdən hesabat dövrünün nəticələrini qiymətləndirmir və 2020-2021-ci maliyyə ili üçün heç bir proqnoz vermir.


Mənbə: apa.az