Vergiyə toplanan hər 4 manatdan 3-ü özəl sektordan yığılır - Nazir

  • 30 İyun, 2020 10:47
Vergiyə toplanan hər 4 manatdan 3-ü özəl sektordan yığılır - Nazir

Vergiyə yığılan hər 4 manatdan 3-ü özəl sektordan yığılır.

"Finans.az"ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib: "İndiyə qədər tərəfimizdən idarə edilən bir sıra biznes layihələri var. Pandemiya təsiri altında olan bir sıra sahələr müəyyən edilib. Həmin sahələrə pandemiyadan az zərər çəkməsi üçün maliyyə dəstəyi verilib.