Vergi borcu olan şirkət FHN-dən 4 milyon manatlıq sifariş alıb

  • 7 İyul, 2020 10:54
Vergi borcu olan şirkət FHN-dən 4 milyon manatlıq sifariş alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-təchizat İdarəsi yumşaq inventarların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Finans.az" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şahdağ Təchizat" MMC-dir.

Qalib şirkətə 3,8 milyon manat ödəniləcək.

Xatırladaq ki, "Şahdağ Təchizat" 2017-ci ildə cəmi 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Bu günə şirkətin 6 119 manat vergi borcu var.


Mənbə: report.az